Rayonlara səfərə hazırlaşan sürücülərə MÜRACİƏT
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi şənbə və bazar günü rayonlara səfər edən sürücülərə müraciət edib.
Bizim.Media xəbər verir ki, müraciətdə bildirilir:
"Şənbə və bazar günləri şəhərlərarası yollarda nəqliyyat axını artır. Bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə səfər öncəsi təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirməyi tövsiyə edir. Yola düşməzdən əvvəl avtomobilin texniki vəziyyətini yoxlamaq vacibdir.
Əyləc sistemi, sükan idarəetməsi, təkərlərin vəziyyəti və işıqlandırma qurğularının sazlığı səfərin təhlükəsiz keçməsində əsas rol oynayır. Hərəkət zamanı sürət həddini yol şəraitinə uyğun seçmək, öndə gedən nəqliyyat vasitəsi ilə a...