İnzibati cərimələrin qaytarılması qaydası TƏSDİQLƏNDİ
Nazirlər Kabineti “İnzibati cərimələrin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.
Bizim.Media xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qaydalar İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq hazırlanıb və artıq ödənilmiş, düzgün tətbiq edilməmiş və ya səhv ödənilmiş inzibati cərimələrin (müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla) qaytarılması qaydasını müəyyən edir.
Artıq ödəmənin qaytarılması hallarına gəlincə, ödənilmiş inzibati cərimə aşağıdakı hallarda dövlət büdcəsindən və (və ya) inzibati cərimə növündə inzibati tənbeh vermə barədə qərar (elektron qərar) qəbul etmiş səlahiyyətli orqanların hesablarından qismən və ya tama...