Azad edilmiş ərazilərdə uzunluğu 3700 kilometrdən çox olan avtomobil yolları inşa olunur
Azərbaycan yol infrastrukturunun keyfiyyəti reytinqində MDB ölkələri arasında 1-ci, dünyanın 141 ölkəsi arasında isə 24-cü yerdə qərarlaşıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 2025-ci il ərzindəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında deyilib.
Bildirilib ki, 2025-ci il ərzində 110,8 kilometr respublika əhəmiyyətli, 153,1 kilometr yerli əhəmiyyətli, 93,8 kilometr Bakı şəhər yolları, 66 kilometr Gəncə şəhər yolları və 17 kilometr Şəki şəhər yolları olmaqla, ümumilikdə 440,7 kilometr uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub.
İşğ...