Çindən gətirilmiş şüşə fincanlarda ağır metallar aşkarlandı - BİRGƏ MƏLUMAT/FOTO
Çindən Azərbaycana gətirilmiş şüşə fincanlarda ağır metallar aşkarlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı birgə məlumatda qeyd olunub.
Bildirilib ki, tərkibində kadmium və qurğuşun olan məhsulların 6 ədədi "Sevinc Mall" Ticarət Mərkəzində yerləşən "Sinsay" mağazasına göndərilib:
"Sözügedən fincanlar Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinə təqdim edilməyib və bu səbəbdən müvafiq laborator müayinələrdən keçirilməyib.
Həmin məhsulları əldə etmiş vətəndaşlardan şüşə fincanları yoxlanılması məqsədilə Respublika Sanitariya-Karantin Mərkəzinə təqd...