Salyan sakinlərinin yol PROBLEMİ: "Palçığın içində itib-batmışıq" - VİDEO
Salyan şəhərinin "Stansiya" adlanan yaşayış massivində yaşayan sakinlər illərdir yolsuzluq problemindən əziyyət çəkirlər. Söhbət şəhərin 20 Yanvar küçəsindən gedir.
Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, təxminən üç il əvvəl ərazidə su-kanalizasiya xətti çəkilsə də, həmin vaxtdan sonra küçənin asfalt örtüyü bərpa olunmayıb.
Sakinlər bildirirlər ki, problemin həlli ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər. Lakin indiyədək müraciətlərinə konkret cavab verilməyib.
"Belə yol olar?! Buna baxın, görün nə gündəyik", - deyə sakinlərdən biri narazılığını bildirib. Ba...