ABŞ-dan BƏYANAT: “Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyirik”
ABŞ Cənubi Qafqazın potensialını reallaşdırmaq üçün Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyir.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Səfirliyinin ABŞ və Azərbaycan arasında ikitərəfli işçi qrupunun ilk görüşünə dair məlumatında qeyd edilib.
"Dünən ABŞ və Azərbaycan hökumətlərinin yüksək vəzifəli nümayəndələri Prezident Trampın 8 avqust tarixində keçirilmiş tarixi Sülh Sammitində imzalanmış Anlaşma Memorandumunun icrasına başlamaq məqsədilə ölkələrimizin ikitərəfli işçi qrupunun ilk iclası çərçivəsində bir araya gəldilər.
Bu görüş zamanı biz regional bağlantı və ticarətin gücləndirilməsi, süni intellekt və rəqəmsal infrastruktur da daxil olmaqla iqtisadi inve...