Azərbaycan və Monteneqro XİN başçıları görüşdü – FOTO/YENİLƏNİB
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Monteneqro Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviçlə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə tərəflər siyasi dialoq, iqtisadi əməkdaşlıq, humanitar əlaqələr və beynəlxalq platformalarda fəaliyyət daxil olmaqla Azərbaycan-Monteneqro münasibətlərinin hazırkı vəziyyətini və gələcək perspektivlərini nəzərdən keçiriblər.
Monteneqro Prezidenti Yakov Milatoviçin də iştirak etdiyi yüksək səviyyəli qarşılıqlı səfərlər ikitərəfli siyasi dialoqun davamlılığının təmin edilməsində əsas amil kimi vurğulanıb.
Nazirlər ticarətin artırılması, i...