Bayram günlərində səfərə hazırlaşan sürücülərə XƏBƏRDARLIQ - VİDEO
“Bu il xalqımızın milli ruhunu və yaddaşını zənginləşdirən, birlik duyğusunu gücləndirən iki əlamətdar hadisəni - Novruz və müqəddəs Ramazan bayramını eyni tarixlərdə qeyd edirik.
Buna görə də tətil günlərində paytaxtdan bölgələrə səfər edənlərin sayında hər zamankından daha çox artım ola, nəqliyyat sıxlığı yarana bilər. Yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları bütün zəruri tədbirləri həyata keçirir. Lakin yenə də əsas məsuliyyət vətəndaşların üzərinə düşür”.
Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, yol-nəqliyyat hadisələrinin qarşısını almaq, qəzaların baş vermə ehtimalını azaltmaq ...