Şimal-Qərb rayonları ağ örpəyə büründü - FOTO/VİDEO
Səhər saatlarından başlayaraq Şimal-Qərb rayonlarına qar yağır.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bölgə rayonlarına iki gün əvvəl cüzi qar yağmış və səhəri günortaya kimi ərimişdi.
Bu gün isə səhər saat 8 radələrindən başlayaraq bölgənin əksər dağlıq və dağətəyi yaşayış məntəqələrinə qar yağmağa başlayıb.
Verilən məlumatlara görə yüksək dağlıq ərazilərdə qarın qalınlığı 8-10, dağətəyi yaşayış məntəqələrində isə qarın qalınlığı 3-5 sm arasında dəyişir.
Bölgədən keçən avtomobil yolları, magistrallarında eləcə də kəndarası yollarda nəqliyyatın hərəkətində eləcə də enerji verlişlərində heç bir problem qeydə alınmayıb.
Qarın gü...