Göygöldə ağır qəza: Ölənlər və xəsarət alanlar var - FOTO
Göygöldə baş verən ağır qəza ölümlə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil magistralının rayon ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yol kənarındakı divara çırpılıb.
Qəza zamanı 2007-ci il təvəllüdlü Hikmət Vəlizadə və sürücü, 1990-cı il təvəllüdlü Abdi Əhliman Ramiz oğlu aldıqları ağır xəsarətlərdən hadisə yerində vəfat edib.
Qəza baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları cəlb olunublar. Xüsusi texnikaların köməkl...