DİQQƏT! Bu halda istifadəçilərin “WhatsApp” hesabları oğurlanır - RƏSMİ
							Son dövrlərdə bilinməyən və ya tanış kimi görünən nömrələrdən göndərilən şübhəli keçidlərə daxil olmaq nəticəsində “WhatsApp” istifadəçilərinin hesablarına icazəsiz giriş cəhdləri artıb.
Bu barədə Bizim.Media-ya Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.
Məlumata görə, kiberdələduzlar bu üsuldan istifadə edərək vətəndaşlara SMS vasitəsilə göndərilən təsdiqləmə (OTP) kodlarını ələ keçirməyə çalışırlar.
 
Bu kodlar paylaşıldığı halda istifadəçilərin “WhatsApp” hesabları oğurlanır. Daha sonra onların adından yaxınlarına saxta mesajlar göndərilir. Beləliklə, həmin şəxslərin maliyyə vəsaiti və şəxsi məlumatlarının ələ keçirilməsinə cəhdlər edilir.
...