FHN-dən dəm qazı təhlükəsi ilə bağlı əhaliyə MÜRACİƏT – VİDEO
Havaların soyuması ilə qazla işləyən qızdırıcı cihazlardan istifadənin çoxalması məişətdə dəm qazı təhlükəsini daha da artırır. Nəzərə alınmalıdır ki, qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsi sonda acı nəticələrə səbəb ola bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) əhaliyə müraciətində bildirilib.
Qeyd edilib ki, bu istiqamətdə FHN-in apardığı kütləvi maarifləndirmə işlərinə baxmayaraq, hələ də dəm qazının törətdiyi faciəli hadisələr baş verir.
Yuxarıda qeyd olunanları, habelə dəm qazının iysiz olduğunu və hiss edilmədiyini nəzərə alaraq, mümkün fəsadların qarşısının alınması üçün Fövqəladə Hallar Naz...