İrana göndərilən növbəti humanitar yardım buraxılış məntəqəsinə daxil oldu - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, İran İslam Respublikasına növbəti humanitar yardım “Cənub-Astara” dövlət sərhədindən buraxılış məntəqəsinə daxil olub.
MÖVZU İLƏ BAĞLI:
Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır – FOTO
Bizim.Media xəbər verir ki, on avtomobildən ibarət yük karvanı gömrük yoxlanışından keçdikdən sonra İran istiqamətinə yola salınacaq.
Qeyd edək ki, ümumi həcmi 200 ton olan humanitar yardıma 190 ton ərzaq və qida məhsulları, 7 ton dərman vasitələri və 3 ton tibbi ləvazimatlar daxildir.
Bizim.Media...