Yanvarın 3-də havanın temperaturu dəyişəcək
Bakıda yanvarın 3-də havanın əsasən yağmursuz olacağı, bəzi rayonlarda isə qar yağacağı gözlənilir.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 2-dən 3-nə keçən bəzi şəhərətrafı ərazilərdə az yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi səhər mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 5-8° isti olacaq. Atmosfer təzyiqi 773 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava...