Əhali iki ayda nə qədər pul xərcləyib?
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 13 milyard manat olub.
Bizim.Media bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,6 % çoxdur.
Hesabat dövründə ümumi dəyərin 77,4 %-ni pərakəndə ticarət dövriyyəsi, 19,4 %-ni əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,2 %-ni isə ictimai iaşə dövriyyəsi təşkil edib.
Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin satdığı malların və göstərdiyi xidmətlərin dəyəri ötən ilin iki ayına nisbətən 4,3 % artaraq 12,4 milyard manat...