Nazpərinin bacısının “Ferrari”x9dnin sahibi ilə - Maşın davası

Hazırda oxunan: Nazpərinin bacısının “Ferrari”x9dnin sahibi ilə - Maşın davası

99253

Bu günlərdə Bakının Heydər Əliyev prospektində “Ferrari”x9d və “Ford”x9d avtomobillərinin toqquşması nəticəsində baş vermiş avtomobil qəzası haqda yeni nüanslar məlum olub.

Moderator.az xəbər verir ki, Virtualaz.org saytının əldə etdiyi məlumata görə, həmin qəzada zərərçəkən 10 SV 773 dövlət nömrə nişanlı, “Ford”x9d markalı avtomobilin sürücüsü, xalq artisti Nazpəri Dostəliyevanın bacısı Zeynəb Dostəliyeva qəzaya səbəb olan “Ferrari”x9dnin sürücü olan xanımdan yeni avtomobil tələb edir.

Məlumata görə, qəzada günahkar olan tərəf müğənninin bacısına əzilmiş avtomobilini istənilən avtoservisdə təmir etdirməyə hazır olduğunu çatdırıb. Ancaq Zeynəb Dostəliyeva bununla qane olmur və günahkar tərəfdən ona eyni model yeni avtomobil alıb verməyi tələb edir.

Həmin “Ferrari”x9dnin sürücüsünün qadın olduğu məlum olsa da kimliyi barədə çox məhdud informasiyalar var. Qəza zamanı avtomobilin nömrə nişanı üzərində olmayıb. “Ferrari”x9d ya nömrəsiz idarə olunurmuş, ya da qəzadan sonra sürücü nömrəni açaraq hadisə yerini tərk edib.

Bununla belə avtosfer.az saytı dəqiqləşdirib ki, həmin “Ferrari”x9dnin dövlət nömrə nişanı 10 SN 009-dur. Sosial şəbəkələrdə bu avtomobilin çoxsaylı fotolarına rast gəlmək olar.
İnstagram istifadəçiləri yazır ki, bu, şəhərdə sahibi qadın olan tək “Ferrari”x9ddir. Onun yüksək rütbəli şəxslərdən birinin yaxını olduğuna dair məlumatlar var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin