İlhamə Quliyeva köməkçisi ilə vidalaşır - Etibardan sui-istifadə edib...

Hazırda oxunan: İlhamə Quliyeva köməkçisi ilə vidalaşır - Etibardan sui-istifadə edib...

99017
"Bir il iki aydır ki, Azərbaycanın və Dağıstanın xalq artisti, Şöhrət və Şərəf ordenli İlhamə Quliyevanın köməkçisi işləyən Hüseynova Mehriban Bəylər qızı 2015-ci il oktyabr ayında işindən azad edilib". "Qafqazinfo"ya bu barədə sənətkarın mətbuat katibi Faiq Ələkbərov məlumat verib.

O bildirib ki, buna səbəb Hüseynova Mehribanın sənətkarın etibarından sui-istifadə etməsi, səlahiyyətlərini aşan hərəkətlərə yol verməsi və qeyri-səmimiliyi olub. İlhamə Quliyevaya sözü, müraciəti olan yaxınları, sənət adamları, KİV nümayəndələrinin nəzərinə çatdırırıq ki, Hüseynova Mehriban Bəylər qızının sənətkar İlhamə Quliyevaya heç bir aidiyyatı yoxdur və onun köməkçi kimi bütün səlahiyyətləri əlindən alınıb.

Qeyd edək ki, Hüseynova Mehribanın işindən uzaqlaşdırılmasının səbəbləri ətraflı şəkildə yaxın günlərdə açıqlanacaq. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin