“32 yaşlı oğlan mənə elçi gəlmişdi“ - Şəbnəm

Hazırda oxunan: “32 yaşlı oğlan mənə elçi gəlmişdi“ - Şəbnəm

98599
Müğənni Şəbnəm Tapdıq “Həyat tərzi”x9d verilişinin qonağı olub 

İfaçı ailə qurmamasından danışıb:

“Abır-həyamı atama, ailəmə və sənətimə görə qoruyuram. 17 yaşımdan müğənniyəm. 37 ildir sənətdəyəm. Ailə qurmağa nə var ki... Dərdimdən ölən o qədərdir. İstəsəm, ərə gedərəm. İnsanın gərək ruhu, dünyagörüşü, savadı uyğun gələ. Hər kəsin öz tayı var. Bu yaxınlarda 32 yaşlı bir oğlan mənə elçi düşmüşdü. Heç rus dilini də bilmirdi. Mən 5 əcnəbi dildə danışıram. 

25 yaşımda yaraşıqlı bir nişanlım olub. Xaricdə işləyirdi, bütün qızlar onun dərdindən ölürdü. Dedi, sən oxumayacaqsan. Getdim üzüyünü qaytardım. Mənim abrım var axı, onu necə itirə bilərəm? Ərə getsəm də, bilirəm hara gedirəm, hardan gəlirəm. İndi də ailə qurmuram ki, oxumağa qoymazlar. Gərək musiqiçi olsun ki, mən də ərə gedim. İndikilər kişini tum kimi çırtlayırlar: bu gün birinə, sabah başqasına. Xanım bir dəfə ərə gedər. Şahzadələr kimi yaşayıram, atama baxıram”x9d.(axşam.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin