Axşam.az-ın məlumatına görə, bBSalami aparacaq.
Təəssüratlarını bölüşən ifaçı bu işin də öhdəsindən gələcəyinə əmindir:
“Düşünürəm ki, istedadlı insan hər bir sahədə bacarıqlıdır. Xeyli müddətdir bu layihə üzərində çalışırdım. Lakin aparıcılıq edəcəyimi mediadan gizlədirdim. Çünki bir işi görüb, daha sonra danışmağı sevən insanam. Onsuz da insanlar şou-biznesdə boş-boş söhbətlərdən, qalmaqallardan təngə gəliblər. Yeni verilişim mətbəxlə bağlıdır. Bir çoxları bilir ki, mən ifaçılıqdan əvvəl aşpaz olmuşam. Veriliş zamanı əl qabiliyyətimi insanlara göstərəcəm. Hər efir günümdə isə musiqili qonaqlarım olacaq. Düşünürəm ki, aparıcılığım da pis alınmayacaq”x9d.
Qeyd edək ki, “Mənim mətbəxim”x9d verilişi həftənin bazar günləri saat 13:30-da yayımlanacaq. Sənətçinin ilk qonağı proqramın keçmiş aparıcısı M.Əliverdiyeva olacaq.

































































































