Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad "5-ci element" verilişinin qonağı olub.xa0
Axşam.az-ın məlumatına görə, o, efirlərə çıxmağı sevmədiyini deyib:
“Mən müğənni, aparıcı və ya başqa tanınmış biri olmaq istəmədim. Başqa sahənin peşəkarıyam. Özüm heç vaxt televiziyaya çıxmaq istəməmişəm. Diqqət xoşlamıram. Hələ anamın adından istifadə etməyi heç sevmirəm. Hörməti də, diqqəti də özüm qazanmaq istədim. Xoşlamıram çıxım efirə deyim ki, mən Brilliant Dadaşovanın uşağıyam. Hansısa bir uğuru qazananda anam deyir ki, "Bunu özün etdin". Universitetə qəbul oldum, uğurla bitirdim. Amma hər hədəfimə nail olanda düşünürdüm ki, bu anamın xeyrinə idi. Ondan aldığım dəstəyi heç kimdən görməmişəm".
xa0
xa0


























































































