Müğənni Xatirə İslam "İncə maraqlar" verilişinin qonağı olub
Sənətçi aparıcının "Bizim bir dərdimiz var, efirdə kök görünürük. Xatirə də həyatda daha arıqdır" sözlərinə belə cavab verib:
"Nə etmək olar ki... Efirdə kök görünürük. Siz mənə Fəxrəddinin (həyat yoldaşı - red.) gözü ilə baxın. Çox istəyərdim 55 kiloqram olum, amma bacarmıram. Mən efirə şortik də geyinərəm. Buna görə mənə qadağa qoyan yoxdur. Sadəcə, çəkim buna imkan vermir".
Yay istirahətindən danışan X.İslam gözə gəldiyini bildirib:
"Gün kremini səhv almışam. Antalyaya çatan kimi günəş vannası qəbul etməyə başladım. Bütün saçımdan dırnağıma qədər hər yerim yandı, suluqladı. Çox pis dincəldim. Hamının mənə yazığı gəlirdi ki, "Tətilin məhv oldu". Ağrıkəsicilər vururdular. Dözə bilmirdim. Güclə təyyarəyə minib evimə qayıtdım".xa0



























































































