Ana olmağa hazırlaşan aparıcı Aytən Səfərova sosial şəbəkədə yeni fotosunu paylaşıb.
Moderator.az-ın məlumatına görə, aparıcı kök olmasını tənqid edənlərə sərt cavab verib:
“Onlar kimilərinə fikir verməyin. Ucu-bucağı olmayan evdə qalıb, qohuma ərə gedən arvadlardan nə gözləmək olar? Əri də üzünə baxmır, o da başqalarına lağ etməyə başlayır. Əsas daxili və xarici gözəllikdir. Allaha həmd olsun ki, itə oxşamıram. Qəşəng bədən quruluşlu olub, daxilən və zahirən it, paxıl, ilan və siçovul olmaqdansa, bizim kimi şirin, toppuş olmaq yaxşıdır. Paxıllıq başqa şeydir. Kimin nə borcuna kim nə boydadır? Hər kəs özü ilə məşğul olsa, yaxşıdır. Ətliyəm, xoşbəxtəm. Kimə nə? Bəzilərinə elə başa düşdükləri kimi cavab vermək lazımdır. Kimə nə mən hansı çəkidəyəm? Kimsə aqressiv və kobud ola, təhqir edə bilər, amma mən “zəhmət olmasa, buyurun"la danışmalıyam? Əvvəl elə idim. Amma indi gördüm ki, belələri ilə ata-analarından gördükləri dildə danışmaq lazımdır”x9d.

































































































