Teleaparıcı Şəhriyar Əbilov rol aldığı “Qayınanamız”x9d serialının təqdimat mərasiminə qatılıb.xa0
“Qafqazinfo”x9dnun kamerası qarşısına keçən teleaparıcı yeni mövsümdə təqdim edəcəyi layihələrdən danışıb:
““Qayınanamız”x9d serialında rol almağa başlamışam. Seriala gəlib, gedəcəyəm. Bir neçə seriya sonra seriala qayıdacam. Afaq xanımın xalası oğlu ilə birlikdə fırıldaqlar işlədəcəm. “Xoxan”x9d filmində də fırıldaqçı makler idim. Fırıldaqçı tipim olmasa da, rejissorlar bu cür obrazlara çəkir. Rolun böyüklüyü önəmli deyil. “Bəyin oğurlanması”x9d filmində “Hara? Ora”x9d sözü partlamışdı, hər kəs Arif bəyi yadda saxlamışdı. Rolun böyüyü, kiçiyi olmaz. Əvvəl o obrazda özümü bəyənməmişdim, təkrar çəkilmək istəmişdim. Sonra mənə dedilər ki, serialda böyük sənət göstərməyə ehtiyac yoxdur. Səliqəli oynamaq kifayətdir.
Kamil Zeynallının təqdim etdiyi “Kişi klub”x9d verilişində “Etiket”x9d adlı rubrika təqdim edəcəm. Kişilərə xanımlarla danışmağı, necə tanış olmağı, toydan əvvəl görüləcək hazırlıqlar barədə mütəxxəsis kimi məsləhət görəcəm”x9d.
Əbilov yeni biznesindən də söhbət açıb:
“Yeni biznes qururam. Sənətlə qabağa getmək çətindir. Aparıcı kimi fəaliyyət göstərirəm, toylara gedirəm. Sabah serial, toy olmayanda statusumu saxlamaq, fərqli geyimlər geyinmək üçün pul qazanmalıyam. Bir növ özümü sığortalayıram. Zövqlü müştərilərimiz çox olduğu üçün biznesim batmayacaq. Qorxaraq iş görən insanlar ilk addımda uduzurlar. Ona görə biznes sahəsində də uğur qazanacağımı bilirəm.
Soyadım Əbilovdur, ona uyğun mağazama “Abi love”x9d adını qoydum. Kreativ addır, sosial şəbəkələrdə də bəyənildi. İnşallah, gələcəyin brendini əsasını qoyacağıq. Xaricdən gətirilən mallar satılacaq, daha sonra qadınlar üçün butik açacam, gələcəkdə isə həmin emblemlə milli geyimlər satılacaq. Bir neçə gün sonra mağazanın açılışı olacaq. Bu da mənim üçün bir uğurdur. 20 manatlıq pencəklə, 10 manatlıq şalvarı düzgün uyğunlaşdırsan, bahalı və zövqlü geyim əldə edərsən. Biz müştərilərimizə məsləhətlər də verəcəyik”x9d.
































































































