Ancelina Coli İŞİD-i tənqid etdi - VİDEO

Hazırda oxunan: Ancelina Coli İŞİD-i tənqid etdi - VİDEO

94588
Aktrisa Ancelina Coli müasir cəmiyyətin qlobal problemlərini müzakirəyə çıxarmağa davam edir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, bu dəfə "İŞİD" terror təşkilatının həyata keçirdiyi qətllərə laqeyd qalmayıb. Hollivud ulduzu bu barədə dünən Böyük Britaniya parlamentində çıxış edib.

Aktrisa ərəb ölkələrində olarkən orada yerli sakinlərlə görüşü zamanı başlarına gətirilən hadisələri dinlədiyini deyib. O, uşaqların məruz qaldığı zorakılıq haqda da danışıb:

"7-8 yaşlı bir uşaq başına gələnləri danışdıqca göz yaşlarını axıdırdı. Mən ona necə kömək edəcəyimi bilmirdim. Özümü tamamilə köməksiz hiss edirdim. İraqda 13 yaşlı qız rəfiqələrinin 50 dollara satılmasından bəhs edirdi".

Qeyd edək ki, A.Coli 14 ildir ki, BMT-nin xoşməramlı səfiridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin