Hicablı qadınlara “bayquş”x9d dediyi üçün ANS-dən uzaqlaşdırılan teleaparıcı Elnarə Təhməzova yenidən efirə qayıdır.xa0
Moderator.az-ın məlumatına görə, bu haqda ANS-in “Facebook”x9d səhifəsində məlumat verilib. Teleaparıcı yenidən “İncə maraqlar”x9d və “İncə+”x9d verilişi ilə tamaşaçıların görüşünə gələcək.
Qeyd edək ki, “İncə maraqlar”x9d verilişində aparıcı E.Təhməzova hicablıların qara geyinməsinə etiraz edərək, belə geyinən xanımları “bayquş”x9da bənzətmişdi. Bundan sonra ANS-in Yaradıcılıq Şurası araşdırma apararaq aparıcını efirdən kənarlaşdırıb və onun müəllifi olduğu "İncə Maraqlar" və “İncə+”x9d verilişlərinin yayımının dayandırılması barədə qərar vermişdi.xa0


































































































