"Anamdan soruşmaq lazımdır.."

Hazırda oxunan: "Anamdan soruşmaq lazımdır.."

92889
Aktrisa Rəna Səlimova “Eurovision-2011”x9din qalibi Eldar Qasımovu ilk dəfə efirə çıxardığını və bunun müqabilində adını çəkməməkdə günahlandırıb.   

  Məsələyə münasibət bildirən, müğənni Eldar Qasımov Teleqraf.com-a aktrisanı uşaq olduğu üçün xatırlaya bilmədiyini qeyd etdi: “Rəna Səlimovanı xatırlaya bilmirəm. “Space”x9din rəhbəri Vaqif Mustafayev ilə şəsxən tanış deyildik, qiyabi tanışlığımız vardı. İlk dəfə “Space”x9ddə verilişlərin birində efirə çıxmağa başladım, amma kimin vasitəsilə çıxış etdiyimi bilmirəm. Həyatda hər şey ola bilər. Bunu anamdan soruşmaq  lazımdır. Bəlkə anamın rəfiqəsidir, uşaq idim və bu barədə məlumatım yoxdur. Onu da deyim ki, düşündüyüm Rəna xanımdırsa, anamın qonşusu olmalıdır. Dəqiq bu barədə heç bir şey deyə bilmərəm”x9d.    

Qeyd edək ki, aktrisa Rəna Səlimova Gecce.az-a müsahibəsində bildirib ki, Eldar Qasımovun anası ilə yaxın rəfiqə olub və  Eldarı efirə ilk dəfə o çıxarıb: “Eldarı Vaqif Mustafayev ilə görüşdürdükdən sonra onu “Space”x9ddə bir çox verilişlərə dəvət etdilər. Sonra onu bəstəkar Tahir Əkbərlə də görüşdürdüm. Bax beləcə məşhur oldu. Bir dəfə də olsun, zəng edib mənə "çox sağ ol" demədi”x9d.  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin