“Bu şəhərdə”x9ddən Rəşad Məcidə sərt reaksiya

Hazırda oxunan: “Bu şəhərdə”x9ddən Rəşad Məcidə sərt reaksiya

92581
Mən arzu edərdim ki, bizi tənqid edən adamların da zövqü, səviyyəsi nə vaxtsa bizim tamaşaçıların zövqünə çatsın. 

  Bu sözləri “Bu şəhərdə”x9dnin prodüseri Müşfiq Abbasov onları tənqid edənlər haqqında Axar.az-a danışarkən deyib:  

 “Bizim tamaşaçıların içində milli qəhrəmanlar, Olimpiya çempionları da daxil olmaqla fəhlələrdən məmurlara qədər hər cür adam var. Onların hamısı bizim üçün eynidir, əzizdir. Mən arzu edərdim ki, bizi tənqid edən adamların da zövqü, səviyyəsi nə vaxtsa bizim tamaşaçıların zövqünə çatsın.   Bizim komandanın gülüşü sırf intellektual gülüş də deyil. Bütün müğənnilər eyni janrda mahnı oxuya bilməz ki. Hamı muğam və ya klassik mahnılar ifa edə bilməz. Hər janrın öz sevəni var.    Kimsə caz dinləyir, kimsə opera. Bizim teatr estrada teatrıdır, burada hər şey var, bura dram teatrı deyil. Bəzi səhnəciklərimiz çox intellektual adamlar üçün, bəziləri uşaqlar üçün, bəziləri də orta təbəqə üçündür.   Bu gün Azərbaycanda ən böyük tamaşaçı kütləsi bizdədir, bu faktdır, heç kim dana bilməz. Heç kim deyə bilməz ki, bizim qədər konsert verib. Bir ildə 20 konsert vermək hər adamın işi deyil. Min şükür ki, bu tamaşaçı kütləsi bizimlə birlikdədir.   Bir də bizi tənqid edən yazarlara demək istəyirəm ki, konsertlərimizin biri üçün yüksək zövqlə bir ssenari yazıb gətirsinlər, Rafaellə Coşqun onu böyük məmnuniyyətlə oynayarlar”x9d.  

 Qeyd edək ki, Axar.az-ın ən yaxşı yumor komandası və yumoristi haqqında keçirdiyi sorğuda yazar Rəşad Məcid “çox istedadlı aktyorlar olan Rafael və Coşqun da məcbur olub səviyyəsiz, bayağı tamaşaçı zövqünün səviyyəsinə enməli olub”x9d, ”“ demişdi. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin