““Bağda ərik var idi, salam məleykim var idi”x9d məsəli...”x9d

Hazırda oxunan: ““Bağda ərik var idi, salam məleykim var idi”x9d məsəli...”x9d

90625
Bir neçə gün əvvəl Bakıda xınayaxdısı olan ANS-in keçmiş aparıcısı Gülnarə Məmmədova təəssüratlarını bölüşüb. 

Axşam.az-a açıqlama verən aparıcı məclisə az adam dəvət etdiyini bildirib. 

Özgür adlı türkiyəli iş adamı ilə ailə qurmağ hazırlaşan G.Məmmədova İstanbulda da toy olacağını bildirib:

“Bakıda xına gecəm oldu bir də dostlarım, ailə tanışlarımız üçün kiçik məclis keçirdik. Uzun müddətdir ki, Azərbaycanda yoxam. Ona görə də çox adamı dəvət edə bilmədim. İstədiyim dostlarım yanımda oldu. Çağırdığım, amma qatılmayanlar da var idi. "Bağda ərik var idi, salam məleykim var idi”x9d məsəli... Bəzi çağırmadığım tanıdıqlarım da eşidib gəldi. Hamısı sağ olsun. Şou-biznes əhlindən də mərd insanları gördüm. Uzun müddətdir efirdə yoxam. Çox adamı, hətta ANS-dəki keçmiş həmkarlarımdan bəzilərini də çağırmağa üzüm gəlmədi, utandım. Bir sözümlə gəlib iştirak edən sənət adamlarını gördüm. Rəqqasə Fatiməni çox sevirdim. Xınamı o apardı. O xanıma hörmətim daha da artdı. Böyük toy İstanbulda baş tutacaq. Bal ayına isti bir ölkəyə getməyi düşünürük”x9d.

G.Məmmədova aparıcılıq fəaliyyətindən də bəhs edib: 

“Karyeramı Türkiyədə də davam etdirə bilərəm. İşimə görə mənə qadağa qoyulmayıb". 







 
 

 

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin