ABŞ-ın ən populyar realiti-şou və erotika ulduzlarından olan Kim Kardaşyanın kiçik bacısı Kayli Cenner Meksikadakı "Kasa Aramara" villasında istirahət edir.
Moderator.az bildirir ki, 34 yaşlı bacısı Kim Kardaşyan təki 18 yaşlı Kayli Cenner medianın diqqətində olmağı çox sevir və bunun üçün əlindən gələni edir.
İstirahətə Kaylinin sevgilisi Tayqa, bacısı Kendal və rəfiqəsi Heyli Bolduin də qatılmışdılar.
Meksikanın Punta Minta səmtindəki villadakı "kollektiv istirahət"in təşəbbüskarı isə 16 yaşlı aktrisa Amanda Stenberq və müğənni Pia Miadır.
"Girls Gone Wild" şousunun sahibi, 42 yaşlı Co Frensisə məxsus olan bu villada Kardaşyanlar ailəsi ilə bağlı bir neçə çəkiliş aparılıb.
Villada 12 yataq, 13 vanna otağı, kinozal, trenajor zalı, iki hovuz və özəl çimərlik var.










































































































