“Biz də sevmişik, küçədə tərbiyəsizlik etməmişik”x9d - Manaf Ağayev

Hazırda oxunan: “Biz də sevmişik, küçədə tərbiyəsizlik etməmişik”x9d - Manaf Ağayev

90207
Müğənni Manaf Ağayev “Yeri gəlmişkən”x9d verilişinin qonağı olub. “Qafqazinfo”x9dnun məlumatına görə, ifaçı ailə həyatından danışıb:


“İnsanlar müxtəlifdir. Qadın var, əri onun üçün hər şey edir, amma dili zəhərdir. Qadın da var, ərinin imkanı yoxdur, onu şah kimi qarşılayır. Mən sevdiyim xanımla evlənmişəm, çox xoşbəxtik. Bizim evdə söz-söhbət ola bilməz, mənim sözümün qarşısına söz deyilməz. Elə hadisə olsa, ən azı döyməsən də, yola salırsan ki, get atan evində istirahət et. Ailədə ər-arvad yox, dost olmaq lazımdır. Oğlanlarıma da bunu başa salmışam. Vaxtım olduqca ailəmi istirahətə aparıram, onlarla vaxt keçirirəm. Çünki özümə hörmət edən adamam”x9d. 

Ağayev gənclərə iradını da bildirib:

“İndiki oğlanlar evi, maşını, pulu, işi olmadan evlənir. O gənclərə demək istəyirəm ki, camaatın qızını bədbəxt etməsinlər. İş, yaxşı həyat qursunlar. Sonra ailə qursunlar. Bir məsələyə də toxunmaq istəyirəm. Küçədə qucaqlaşıb yeriyən gənclərə pis baxıram. Bu tərbiyəsizlikdir. Mənim elə övladım olsa, onun qulağının dibinə üç şillə vuraram. Deyərəm ki, get parkda öpüş-qucaqlaş. Qucaqlaşan insanın başı xarabdır. Biz də sevmişik, küçədə tərbiyəsizlik etməmişik. Bu ağsaqqallara, ağbirçəklərə hörmətsizlikdir”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin