Maykl Ceksonun məşhur əlcəyi baha qiymətə satıldı - FOTO

Hazırda oxunan: Maykl Ceksonun məşhur əlcəyi baha qiymətə satıldı - FOTO

88470
Dünyaca məşhur ifaçı Maykl Ceksonun əfsanəvi əlcəyi ABŞ-da keçirilən hərracda satışa çıxarılıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, mərhum ulduzun ağ, üzəri büllur və başqa dəyərli qaşlarla bəzədilən, yalnız sağ əlinə taxdığı dəri əlcəyinin ilkin qiyməti 20 min dollar olub. O, hərracda 64 min dollara satılıb.
Qeyd edək ki, Maykl Cekson müsahibələrinin birində yalnız bir əlcək taxmasının səbəbini belə açıqlamışdı:
"Niyə bir əlcək? Bu bir neçə əlcəkdən daha səviyyəlidir".
Cekson ölümündən əvvəl məşhur əlcəyini özəl rəssamı Pol Bedarduya hədiyyə etmişdi. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin