Ailə qalmaqalları, sevgilisi və həyat yoldaşı arasında qalmağı ilə gündəmə gələn məşhur türk müğənnisi Kutsi nəhayət qərar verə bildi. ANS PRESS-in məlumatına görə, Kutsi iki qızının anası olan həyat yoldaşından boşandı.
Uzun müddətdir adı aktrisa Feyza Çıpa ilə hallanan müğənni 7 illik həyat yoldaşı Sinem Bayraktutardan cəmi 5 dəqiqəyə boşanıb.
Məlumata görə, Kutsi ilə Sinemin münasibətləri 15 ilik olub. Onlar 8 il görüşdükdən sonra 2008-ci ildə ailə qurublar. Bu evlilikdən cütülüyün 2 qızı olub.
6 yaşlı Ceylin Ada ilə 5 aylıq Lila isə ananın himayəsinə verilib. S.Bayraktutar müğənni ərindən heç bir maddiyyət tələb etməyib.
Kutsinin adı uzun müddət “Huzur Sokağı”x9d serialında birlikdə çəkildiyi aktrisa ilə hallanıb. Hətta o bir neçə dəfə sevgilisi ilə yaşamaq üçün ailəsini ataraq gedib. Həyat yoldaşı şayiələr yayılandan sonra boşanmaq istəsə dəKutsi buna isti yanaşmayıb.
Sinem Bayraktutar ərinin xəyanəti haqqında danışanda belə demişdi: "Kutsi daha öncə də mənə xəyanət edib. Kutsi və Feyzanı ittiham etmirəm. Burada yeganə günahkar mənəm ki, onu ikinci dəfə bağışladım.
Bu sevgiyə, evliliyə 15 ilimi verdim. Bir kişi əgər hamilə həyat yoldaşını atırsa o hamını ata bilər".

Kutsinin 5 dəqiqəyə boşandığı həyat yoldaşı və qızları
Qeyd edək ki, Kutsi indi 5 aylıq olan qızı Lila doğulmamışdan öncə həyat yoldaşı ilə barışsa da, sonradan yenidən cütülük evlərini ayırıb.
İkinci dəfə barışıqdan sonra xoşbəxtliyi gözlərindən oxunana Kutsi barışıq hədiyyəsi olaraq arvadına 100 min liralıq "Opel Mokka" markalı cip bağışlamışdı.
































































































