Bolqar əsilli biseksual müğənni Azis Bakıdakı konserti zamanı çəkilən fotolarını “İnstaqram”x9d bloqunda paylaşıb.
Moderator.az xəbər verir ki, ifaçının ötən həftəsonu baş tutan konserti Bakıdakı pərəstişkarları arasında əməlli-başlı ajiotaj yaradıb.
Müğənni sosial şəbəkədə paylaşdığı fotolarında azərbaycanlı qız pərəstişkarlarına “pərəstişkarlarımı sevirəm”x9d - şərhini yazıb.
Azis həmçinin konserti zamanı səhnədə onu müşayiət edən rəqqas qızlardan biri ilə öpüşən zaman çəkilən fotosunu da paylaşıb.
Qeyd edək ki, Azis qaraçı əsilli bolqar müğənnisidir. Əsl adı Vasil Troyanov Boyanov olan ifaçı pop-folk janrında oxuyur. Musiqi karyerasına 1999-cu ildən başlayıb. “Mraziş”x9d qaraçı mahnıları ilə yanaşı, “çanqa”x9d üslubunda mahnıların ifaçısı kimi Bolqarıstanla yanaşı, Rumıniya, Xorvatiya, Çernoqoriyada da məşhurdur. Azis biseksualdır, bunu da gizlətmir.
Müğənni 2006-cı il oktyabrın 1-də oğlan sevgilisi Niki Kitaetslə qeyri-rəsmi nikaha girib. Azisin 2007-ci ildə keçmiş rəfiqəsi folk müğənni Qaladan Raya adlı qızı doğulub.





























































































