“Düşünürəm nə geyinim ki, içəri girəndə gözlər mənə baxsın”x9d

Hazırda oxunan: “Düşünürəm nə geyinim ki, içəri girəndə gözlər mənə baxsın”x9d

87054
Aparıcı Zemfira Adıgözəlova 3 il fasilədən sonra yenidən efirə qayıdır. 

Bu haqda Axşam.az-a açıqlama verən aparıcı planlarından bəhs edib: 

“Hər il yay girəndə istirahətə gedirəm. Bu il mənim üçün işim öndədir. Möhtəşəm layihə hazırlayıram. Yayımlanacağı telekanalı danışmalıyam, dekorasiyanı həll etməliyəm. Ancaq bundan sonra dincələ bilərəm. Oktyabrdan efirə çıxmalıyam. 3 ildir ekrandan uzaq qalmışdım, çox darıxmışam. Efir üçün ürəyim partlayır. Elə bir veriliş olacaq ki, ilk buraxılışdan hamını heyran edəcəyəm”x9d. 

Z.Adıgözəlova yeni layihəsi üçün görünüşündə də dəyişiklik edəcəyini bildirib: 

“Qarpız pəhrizi saxlayıram. Səhər yemək yeyirəm, ondan sonra ancaq qarpız. Bəziləri deyir, qarpız şirindir, kalorilidir. Amma yox, tərkibi 99 faiz sudan ibarətdir. Bir də axşamlar Bulvarda piyada gəzirəm. Mən ekrana çıxanda hamı hər şeyi atıb, məni izləyəcək. İnsanları heyran etməyi, cazibədar görünüb diqqət çəkməyi xoşlayıram. Hər zaman harasa gedəndə düşünürəm ki, nə geyinim ki, içəri girəndə gözlər mənə baxsın. Uşaqlıqdan belə olmuşam”x9d
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin