Dünyanın 1 nömrəli transı Bakıya gəlir -Bu dəfə kişi görkəmində

Hazırda oxunan: Dünyanın 1 nömrəli transı Bakıya gəlir -Bu dəfə kişi görkəmində

86548
Dünyanın ən məşhur, bəlkə də bir nömrəli transvestiti, bolqar ifaçı Azis Bakıya gəlir. 

ANS PRESS-in məlumatına görə, müğənni 5 gün sonra təçkilatçı Samir Xəttabın rəhbərlik etdiyi "Xattab Organization"un təşkilatçılığı ilə paytaxtda konsert verəcək. Bolqar estrada ulduzunun konserti 25 iyul tarixində Xəzərin sahilində yerləşən əyləncə mərkəzlərinin birində baş tutacaq. 

Qaraçı transın konsertinin biletləri yetərincə baha olsa da, (VIP- 100 AZN, Silver -150 AZN, Gold- 250 AZN, ayaq üstü biletlər isə 30 AZN) onun çıxış etdiyi məkana hər kəs daxil ola bilməyəcək. Konsertin reklamlarında bildirilir ki, tamaşaçılar "Face Control"dan keçəcək. Yəni hansısa tamaşaçının xarici görünüşü xoşa gəlməsə konsertə buraxılmayacaq. Çünki təşkilatçılar qonağın biletinin olmasından asılı olmayaraq, biletin pulunu geri qaytararaq gecəyə buraxmamaq hüququnu özündə saxlayır. Buna səbəb müştərinin qeyri-adekvat vəziyyəti, geyim üslubu ola bilər.

Qeyri-adekvat vəziyyət dedikdə, böyük ehtimalla cinsi azlıq olmayanlar nəzərdə tutulur ki, onların da Azisi xoş niyyətlə görmək arzusu inanılası deyil. Görünür təşkilatçılar məhz hansısa təxribatın olacağından ehtiyat edirlər. Axı konsertin reklamlarında Azisin tamaşaçılara sürprizlər edəcəyi anons edilir. Sözsüz ki, çətin ki, onun sürprizlərini cinsi azlıq kateqoriyasına aid olmayanlar adekvat qarşılasın...

Bizə isə "Face Control"dan keçməyəcək tamaşaçıların çox olacağına ümid etmək qalır...

Əsl adı Vasil Trayanov Boyanov olan Azis qaraçı əsilli bolqariyalı pop-folk ifaçısıdır. O, musiqi karyerasına 1999-cu ildən başlayıb.

1978-ci il təvəllüdlü Azis 11 yaşında ailəsi ilə birlikdə Almaniyaya köçür və yeniyetmə yaşlarından modelliklə məşğul olur. 2006-cı ildə Niki Kitaetsa iadlı geyə "ərə" gedib. Bu evlilik Bolqar qanunlarına görə qanuni sayılmadı. 2007-ci ildə süni mayalanma ilə bir qız uşağəna sahib oldular. Suraqat ana rolunu isə Azisin rəfiqəsi Qala icra edib. Uşağa Raya adı verilib.

Azis musiqidən savayı teleaparıcılıqla və hətta siyasətlə məşğuldur. 2005-ci ildə Bolqarıstan qaraçılarının hüquqlarını müdafiə edən "Euroroma" partiyasına üzv olaraq siyasətə atıldı. Millət vəkili olmaq arzusu ilə seçkilərə qatılsa da yetərincə səs toplaya bilmədiyindən Bolqar parlamentinə girə bilməyib. 


Cilddən cildə girən qaraçı Azis



Azis bu dəfə kişi görkəmində
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin