Bunu kimin və nə məqsədlə etdiyini bilmədiyini vurğulayan Elgiz Əkbər məsələni hüquq-mühafizə orqanlarının araşdıracağını söyləyib:
“Həmin sosial şəbəkə vasitəsilə tamaşaçılarımla birbaşa ünsiyyətdə olurdum. Şərhlərdən tamaşaçıların efirdə baş verənlərə münasibətini öyrənə bilirdim. Bu baxımdan sosial şəbəkənin müsbət cəhəti çox idi”x9d.
Haker hücumunu kimin təşkil etməsinə gəlincə, Elgiz Əkbərin bəzi şübhələri olsa da, konkret kimin belə bir addım ata biləcəyi ağlına gəlmir:
“2 ay ərzində 30 mindən çox izləyici toplaya bilmişdim. Elə izləyicilər var idi ki, mənim şəkillərimin altında müxtəlif telekanallarda çalışan həmkarlarımı təhqir edirdi. Onlara bir neçə dəfə irad tutdum ki, mənim şəkillərimin altında heç bir həmkarımı təhqir etməyin. Kimə sözünüz varsa, özünə yazın. Hadisə də bundan sonra baş verdi. İndi bilmirəm profilimi sındıran həmin insanlardır, ya yox. Bəlkə də kimsə sifarişlə edib. Bilmirəm”x9d. Elgiz Əkbər İnstaqrama geri qayıtmayacağını da bildirib: “Geri dönüb heç kəsi narahat etmək istəmirəm. Demək ki, mənim mövcudluğum, sosial şəbəkədə olmağım kimlərisə narahat edir. Heç kəs narahat olmasın. Geri dönməyəcəyəm. Qoy rahat yaşasınlar”x9d. 

































































































