Bu gün Nəsimi Rayon Məhkəməsində müğənni Mətanət Əsədovanın “Nida”x9d Gənclər Hərəkətının keçmiş üzvü Elsevər Mürsəlliyə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.
Prosesdən sonra mətbuata açıqlama verən Mətanət Əsədova bildirib ki, vəkili Ceyhun Yusifovla birlikdə məhkəmə iclasında iştirak edib: “Lakin Elsevər Mürsəlli məhkəməyə gəlməmişdi. Bu səbəbdən məhkəmə prosesi iyulun 24-dək təxirə salınıb. Elsevər Mürsəlliyə qarşı tələbimdə israrlıyam. Məhkəmədə pozulmuş hüquqlarımın bərpasına çalışacam”x9d.
Elsevər Mürsəllinin cavabı da ləngiməyib. “Nida”x9d Gənclər Hərəkətının keçmiş üzvü Elsevər Mürsəlli Moderator.az -a müraciət edərək bildirib ki, başına gələnlərin hamısı düz danışdığının nəticəsidir.
Bu gün Mətanət Əsədova ilə məhkəməmiz imiş, ancaq mənə məhkəmədən bildiriş kağızı gəlmədiyi üçün mənim xəbərim olmayib və məhkəmə iclasına qatılmamışam.Düzün deyim ki heç vəkilim də yoxdur, çunki onun əlində zatən dəlil fakt var ki mən onu guya təhqir etmişəm. Bilirsiniz mən bu günə kimi çox haqsızlığa uğramışam. Mənə qarşı olan bütün haqsızlıqların səbəbi isə düz söz deməyimdir. 2 il öncəki həbsim də, indi Mətanət xanımın məni həbs etdirməyə calışması da mənim düz danışdığımın nəticəsidir.
Barışıq olmasa, məhkəmələr davam etsə yəqin ki, vəkil tutacam. Sizin vasitənizlə də səslənirəm əgər bu məhkəmə işində mənə dəstək olmaq istəyən vəkillər varsa mənlə facebook vasitəsiylə əlaqə saxlaya bilər.
Və sonda onu demək istəyirəm ki, Mətanət xanıma təşəkkur edirəm. Azərbaycan şou-biznesinə yeni bir sima tanıtdığı üçün məncə Mətanət xanımın məni məhkəməyə verməsinin tək səbəbi də budur. Yəni simayla qalmaqal Mətanət xanıma daha çox reklam gətirir, nəyinki köhnələrlə...
Hətta Elsevər Mürsəlli yeni mahnı yazdırmağı da düşünür: "Və qərara gəlmişəm ki Mətanət xanımın məni məhkəməyə verməsi boşu-boşuna getməsin, yeni bir mahnı üzərində işləyirəm"































































































