Prosesdən sonra Teleqraf.com-a açıqlama verən Mətanət Əsədova bildirib ki, vəkili Ceyhun Yusifovla birlikdə məhkəmə iclasında iştirak edib:
“Lakin Elsevər Mürsəlli məhkəməyə gəlməmişdi. Bu səbəbdən məhkəmə prosesi iyulun 24-dək təxirə salınıb. Elsevər Mürsəlliyə qarşı tələbimdə israrlıyam. Məhkəmədə pozulmuş hüquqlarımın bərpasına çalışacam”x9d.
Qeyd edək ki, iyunun 30-da “Space”x9d televiziyasında efirə yayımlanan “Günaydın”x9d verilişində yazar Əziz Musaoğlu ilə müğənni Mətanət Əsədova arasında qalmaqal baş verib. Verilişdə qonaqlar bir-birinin ünvanına söyüşlər səsləndiriblər. Mətanət Əsədova yazıçı tərəfindən təhqir olunduğunu iddia edib. O, yazıçını məhkəməyə verib və 100 min manat təzminat ödəməsini tələb edib. Bundan sonra Elsevər Mürsəlli sosial şəbəkədə Mətanət Əsədovanın ünvanına xoşa gəlməz ifadələr işlədib. Bu ifadələr isə bəzi saytlar tərəfindən yayılıb. Bundan sonra Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edən Mətanət Əsədova Elsevər Mürsəllinin barəsində Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə cinayət işinin başlanması və həbs edilməsini istəyir. Bundan əlavə, Mətanət Əsədova Cəbrayıl Rayon Məhkəməsinə müraciət edərək yazar Əziz Musaoğlundan 100 min manat təzminat ödəməsini tələb edir.
































































































