Müğənni İbrahim Tatlıses evində silahla başından vurulan Mutlu Kayanı ziyarət edib.
Moderator.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Tatlıses sosial şəbəkədə məlumat yayıb, foto paylaşıb.
İbrahim Tatlıses fizika müalicə aldığı xəstəxanada Mutlu Kaya ilə qarşılaşıb.
Kayanın əlini öpən Tatlıses instagram səhifəsində şərh bildirib:
“Hücuma uğramış bir-birindən qiymətli iki insan... Birinin adı Mutlu, dirgərinin adı isə İbrahim... İkisi də çox xoşbəxtdir. Mənə maraqlıdır ki, şeytana uyub bunu edənlər xoşbəxtdir? Bir şeyi xatırlatmaqda fayda var. Bu işi etməyə heç kimin gücü çatmaz! Çünki, Allahdan başqa heç bir güc bunu edə bilməz. Bunu edənlər aciz qalanlardır. Sənə Allahdan sağlamlıq arzulayıram”x9d.



































































































