Faciəvi şəkildə dünyasını dəyişən reper Hüseyn Dəryanın ölümündən bir il ötüb.
Moderator.az məlumat verir ki, reperin oğlu Cahangir atasıın qəbrini ziyarət edib.
Xatırladaq ki, ötən il martın 14-də H.Dəryanın idarə etdiyi 99 EK 575 dövlət nömrə nişanlı "Opel Astra" markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən "KamAZ" markalı maşına çırpılıb. Ağır xəsarətlər alan sənətçi martın 15-də, səhər saatlarında 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.






























































































