"İlk evləndiyimiz illərdə həyat yoldaşıma əl qaldırmışam, özümü göstərirdim. Hərdən bacım filan qızışdırırdı"
Bu sözləri "Qafqazinfo-ya müğənni Nadir Qafarzadə deyib.
Müğənni həyat yoldaşına görə bacısını döydüyünü bildirib: "Mən yoldaşıma görə bacımı döymüşəm. Yeni evlənmişdik, atamgilə getmişdik. Özüdə Sevinclə məni tanış edən bacım ona sataşdı. Bacım baldızlıq etməyə başladı. Söz atırdı, yoldaşım susurdu. Durdum, iki şillə vurdum. Dedim sən nə istəyirsən axı bu yetimdən? Bacımın ərinə dedim ki, arvadını yığışdır. Ondan bəri imkan vermirəm. Bacının bacı, ananın ana yeri var. Hər kəsə sevgimi verə bilərəm. Mən özümdən çıxanda heç nə görə bilmirəm. Sonra peşman oluram. Son illərdə əl qaldırmıram. Uşaqlar nə deyər? Bir çox şeyləri özümə qadağa qoymuşam".
Nadir Qafarzadə həyat yoldaşına xəyanət etdiyini etiraf edib: "Evləndikdən 3 gün sonra yoldaşıma dedim. Biz bir il nişanlı qaldıq. Qaynatamın kaprizləri var idi, toyu gecikdirirdi. Onun razılığı ilə evdən özünə lazım olan əşyaları götürüb getdik, sonra da evləndik. Mən toy elədim, qayınatamgili dəvət etdik, gəlmədilər. Barışmaq istəmədilər. 4 ay sonra hər şey düzəldi. Bu gün mənim ayaqda durmağımda qayınatam-qayınanamın böyük rolu var. Qoy desinlər ki, arvad tərəfə yıxıldı. Allah var... Qayınanam elmlər namizədidir. Mən bu yaxşlılıqları öz qohumlarımdan görməmişəm.
Mənə heç vaxt ürəkləri ağrımayıb. Mən indi qardaşıma, evdə qalan bacıma köməklik göstərirəm. Bacımım taleyi gətirməyib. Xəyanət mövzusuna gəlincə, 3 gün sonra etiraf etdim ki, xəyanət etmişəm. Gicəm də, mənə lazım idi bu? Mən indi də beləyəm. Səhvim olduğunu dedim, pis oldu. Dedi ki, mən qaçmasaydım, çıxıb atamın evinə gedərdim. İndi gedəcəyim yerim yoxdu. Mənə çox pis təsir elədi. And verdim ki, bir daha olmayacaq. İçkili olmuşam, istəmişəm nəsə edəm. Elə bil qapaz vurub deyirlər ki, söz vermisən. Kaş söz verməyərdim (gülür)".






























































































