Rəqqasə Oksana Rəsulovadan yeni xəbər var.
Axsam.az-a açıqlama verən ifaçı bundan sonra Hindistana sərbəst gedib-gələcəyini bildirib:
“İşçi vizası aldım. Bundan sonra ora getmək mənim üçün daha da asanlaşacaq. Yaxın günlərdə yenidən Hindistana yollanacam".
O.Rəsulova yeni çəkildiyi “Zaman adlı qatar”x9d filmindəki tərəf müqabillərinin adını açıqlayıb:
“Kənan Musayevin filmidir. Burada baş rolda oynayacam. Tərəf müqabillərim xalq artisti Rasim Balayev, Həmidə Ömərova, aktrisa Könül Nağıyevadır. Bilirəm ki, rejissor məni öldürəcək. Çünki açıqlama verməyə icazə yoxdur. Bir də onu deyim ki, həyatda baş verən real bir hadisə əks olunacaq”x9d.





























































































