“Ağıllarını başlarına yığsınlar”x9d - Primadonna

Hazırda oxunan: “Ağıllarını başlarına yığsınlar”x9d - Primadonna

80866
Xalq artisti İlhamə Quliyeva həddindən artıq sevincli günlərini yaşayır. 


Moderator.az xəbər verir ki, bu barədə sənətçi ANS ÇM-ə müsahibəsində bildirib. O, müsahibəsində Avropa Oyunlarının məşəlini daşıdığına görə xoşbəxt olduğunu dilə gətirib. “Mən həyatımın ən mötəbər, ən hörmətli, ən gözəl gününü yaşamışam. Çünki məşəl daşımışam. Dövlətin mənə layiq gördüyü məşəli aparmışam. Ona görə çox xoşbəxtəm ki, prezidentimlə, dövlət başçısı ilə, onun ailəsilə birgə eyni vaxtda məşəl daşımışam. Belə şərəf mənə qismət olduğu üçün sevinirəm”x9d, - deyə İlhamə Quliyeva vurğulayıb.

Xalq artisti açıqlamasında bir çox sənətçilərin ona paxıllıq etdiyini də qeyd edib: “Məsələ burasındadır ki, mən bu müqəddəs məşəli əksik kəslərə, əksik şəxslərə vermərəm. Çünki o müqəddəs oddur. Paxıllıq edən kəslər məcazi mənada məşəlin odu ilə yanıblar, məhv olublar. Bəziləri buna qısqanclıqa yanaşırdılar ki, onların adı siyahıda olmayıb. Dövlət onları o siyahıya daxil etməyib. Çünki həmin kəslərin mənim qədər dövlətə, bayrağa, xalqa xidməti olmayıb. Ağıllarını başlarına yığsınlar, dövlətə sadiq olsunlar. İlan kimi üzdə ora-bura sürünməsinlər. Özlərindən muğayat olsunlar. Başlarına qoyduqları pariki bərk saxlasınlar. Həmin parikləri ayaqlar altına atmasınlar. Ağıllı olsunlar!”x9d

İlhamə Quliyeva həm kəslərə yalnız yazığı gəldiyini bildirib: “Artıq həmin kəslərin həyat tərzlərini dəyişmələri üçün çox gecdir. Mən heç vaxt “xamilyon”x9d olmamışam. Ona görə də, “xamilyon”x9dlar hər zaman kənarda qalırlar”x9d. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin