“Bakı 2015”x9d ilk Avropa Oyunlarının məşəlini bu gün xalq artsiti Aygün Kazımova daşıyacaq.
Moderator.az xəbər verir ki, bu barədə müğənni özü sosial şəbəkədə məlumat verib:
“Dostlar, bu gün vətənimizdə keçiriləcək ilk Avropa Oyunlarının məşəli paytaxtımıza gəlir. Böyük qürurla o məşəli Bayraq Meydanından mərkəzə aparacağam. Özümü çox xoşbəxt his edirəm...”x9d.
Xatırladaq ki, ilk Avropa oyunlarının məşəli iyunun 11-də final üçün Qız Qalasından götürüləcək və iyunun 12-də açılış mərasiminin keçiriləcəyi Milli Olimpiya Stadionuna gətiriləcək.
































































































