“Əsl gözəllik sakit olandır”x9d.
People jurnalının versiyasına görə, dünya şöhrətli Hollivud aktrisası, “Oskar”x9d laureatı Sandra Bullok 2015-ci il üzrə dünyanın ən gözəl qadını seçilib.
Moderator.az Qafqazinfo-ya istinadən xəbər verir ki, jurnal aktrisanın öz xarici görünüşünü o qədər də önəmsəmədiyini yazır. Bullok “People”x9dın seçimini eşitdiyi zaman ürəkdən güldüyünü bildirib.
“Əsl gözəllik sakit olandır. Ən gözəl saydığım insanlar belə görünməyə can atmayanlardır”x9d-deyə Sandra qeyd edib.
Jurnalın versiyasına görə, Bullokun gözəlləşməyinə əsas səbəblərdən biri 5 yaşlı oğlu Luisdir. Aktrisa özü də oğlunun onu xoşbəxt etdiyini açıqlayıb:
“Bir dəfə oğlumu yatıranda məndən niyə bu qədər qırışımın olduğunu soruşdu. Mən də buna səbəb kimi qocalığı deyil, çox gülməyimi göstərdim. Luis cavabı ilə məni təəccübləndirdi: “Ana, sən qoca deyilsən, sadəcə çox xoşbəxtsən”x9d”x9d.

































































































