Eksprimentlərə sevgisi ilə məşhur olan 27 yaşlı barbados gözəli sarışın obrazda kameralar qarşısına keçib.
ANS PRESS-in məlumatına görə, ulduz müğənni "V Magazine" jurnalı üçün möhtəşəm fotosessiya etdirib.
Rihanna dəfələrlə toples pozalar versə də, pərəstişkarlarını təəccübləndirməyə bir şey tapıb. RiRi bu dəfə adət etmədiyimiz platin sarışın obrazda görünüb. Müğənninin saç düzümü 1960-cı illərin stilində yığılıb - kəkil və yüngül qabardırmış.
Rihanna şəkillərin birində toples poza verib, qalanlarında isə fotokameraların obyektivləri qarşısına açıq-saçıq bikinidə keçib. Xəxlə örtülməsi fotosessiyaya xüsusi rəng verib. Onun makiyajı da əlvan tonlarla edilib. Xüsusilə gözlərinin üstünə çəkilmiş mavi çalar makiyajı daha da rəngarəng edir.
"Mən yaradıcılığıma sərhəd qoymayaraq yeni albomumda eksprimentlər edirəm. Bu albomda istədiyim hər şeyi reallaşdıracam. Albomda həm ürək var, həm də aqresiya".





































































































