Müğənni özünə qəbir axtarışına başladı

Hazırda oxunan: Müğənni özünə qəbir axtarışına başladı

74962
Türk sənət musiqisinin ən güclü səslərindən olan Bülənt Ərsoy özünə məzar axtarışına başlayıb. ANS PRESS-in məlumatına görə, diva öləndən sonra dəfn olunmaq üçün məşhurların və ailə üzvlərinin dəfn edildiyi Ulus məzarlığında qəbir almaq istəyib. 

Bunun üçün məzarlığın müdirinə zəng edib. Lakin diva gözləmədiyi cavabla qarşılaşıb. Qəbristanlığa 11 il rəhbərlik edən Adem Avcının "Allah gecindən versin. Öləndən sonra mütləq şəkildə dəfn ediləcək yer tapılar. Sizi ortada qoymarıq" sözləri ilə çaşıb. 

Eşitdikləri qarşısında təccüblənən Ersoy "kübarların məzarlığı" kimi tanınan ərazidən yer almaq fikrindən daşınıb. 

"Dinimizə görə də məzarın dəbdəbəli olmaması lazımdır. O gün gəldiyində əlbət bizə də bir yer tapılar. Adəm müəllim bu yaşımızda bizə dərs verdi". 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin