Nadir Qafarzadədən arvadına sürpriz - Video

Hazırda oxunan: Nadir Qafarzadədən arvadına sürpriz - Video

73929
Ötən il həyat yoldaşı üçün konsert verən müğənni Nadir Qafarzadə evliliklərinin 23 illiyi münasibəti ilə xanımına sürpriz hazırlayıb.xa0

Moderator.az-ın məlumatına görə, xa0müğənni xanımının şərəfinə “Sevincim”x9d adlı bəstəni mahnı ifa edib.
“Bu sadəcə bir sevgi etirafıdır. Təxminən 3-4 dəqiqəlik mahnıda keçdiyimiz həyat yoluna nəzər salmışam. İndi bir çoxları deyəcək ki, Nadir həyat yoldaşı ilə gündəmə gəlir. Bu heç də belə deyil. Bu sadəcə mənim xanımıma verdiyim sevgi, hörmət və dəyərdi. Kim necə fikirləşir, fikirləşsin. Düşünürəm ki, hər bir bəy öz xanımına dəyər verməlidir. Mən də müğənniyəm. Öz sevgi etirafımı ona musiqilərimlə bildirirəm. Heç kimsə düşünməsin ki, bu gündəm, reklam üçündür. Mənim reklama ehtiyacım yoxdur. Sadəcə 23 illik həyat yoldaşıma, uşaqlarımın anasına təqdim edəcəyim növbəti hədiyyədir. Mahnının sözlərində də bir məna var. “Sevincim”x9d adlı bəstənin sözləri Altay Yaşara, musiqisi isə Fərid Kərimliyə məxsusdur. Düşünürəm ki, ifa etdiyim bu mahnının mənim həyatımda ayrı yeri olacaq”x9d-,deyə Qafarzadə bildirib.xa0

Qeyd edək ki, N.Qafarzadə 2014-ci il iyulun 6-da Yaşıl Teatrda həyat yoldaşına “Həyatımsan ömrüm qədər”x9d adlı konsert vermişdi.xa0


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin