Azərbaycan “Eurovision-2015”x9din ikinci yarımfinalında 11-ci çıxış edəcək

Hazırda oxunan: Azərbaycan “Eurovision-2015”x9din ikinci yarımfinalında 11-ci çıxış edəcək

73171
“Eurovison-2015”x9d mahnı müsabiqəsinin iştirakçısı olan ölkələrin yarımfinalda çıxış ardıcıllığı açıqlanıb.

APA-nın xəbərinə görə, müsabiqənin rəsmi saytında yerləşdirilən siyahıda Azərbaycanın ikinci yarımfinalda mübarizə aparacağı qeyd olunub. Azərbaycan təmsilçisi səhnəyə 11-ci çıxacaq.
 
İlk yarımfinalda ölkələrin çıxış ardıcıllığı belədir: Moldova, Ermənistan, Belçika, Niderland, Finlandiya, Yunanıstan, Estoniya, Makedoniya, Serbiya, Macarıstan, Belarus, Rusiya, Danimarka, Albaniya, Rumıniya və Gürcüstan. 
 
İkinci yarımfinalda isə ölkələr bu ardıcıllıqla çıxış edəcək: Litva, İrlandiya, San Marino, Monteneqro, Malta, Norveç, Portuqaliya, Çex Respublikası, İsrail, Latviya, Azərbaycan, İslandiya, İsveç, İsveçrə, Kipr, Sloveniya və Polşa.
 
İlk yarımfinal mayın 19-da, ikinci yarımfinal mayın 21-də olacaq. Müsabiqənin finalı isə mayın 23-nə təyin olunub.
 
Müsabiqəyə ev sahibliyi edəcək Avstriya təşkilatçıların qərarına əsasən, finalda 14-cü çıxış edəcək. Ölkələrin finaldakı iştirak ardıcıllığı isə yarımfinalların nəticəsi məlum olandan sonra müəyyənləşəcək.
 
Qeyd edək ki, Vyanada keçiriləcək “Eurovision-2015”x9d-də Azərbaycanı Elnur Hüseynov “Hour of the Wolf”x9d mahnısı ilə təmsil edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin