JLO-nun paltarı "dilə gəldi" VİDEO, FOTO

Hazırda oxunan: JLO-nun paltarı "dilə gəldi" VİDEO, FOTO

73143
Dünya şöhrətli Cennifer Lopezin qeyri-adi geyimi görənləri valeh edib.

Moderator.az -ın məlumatına görə, müğənni "American Idol" şousunda çıxışı zamanı geyindiyi paltarın ətəyi düz 6 metr olub. Lakin ağ rəngli paltarın özəlliyi tək bu deyil. Paltar zaman-zaman projektora çevrilir, üzərində müxtəlif mənzərələr, ulduzlu səma, hərəkət edən və gülümsəyən cizgi film personajları canlandırılıb. 

Çıxışından sonra Ceniffer Lopez jurnalistlərə müsahibəsində bildirib ki, o, "canlı don" ideyası haqqında çoxdan düşünürdü. "Mən uzun müddətdir ki, paltarı monitor kimi istifadə etmək istəyirdim. Sadəcə uyğun zamanı gözləyirdim", - deyə ifaçı bildirib.

Qeyd edək ki, Cennifer Lopez "American Idol" şousunda münsifdir. O, layihənin birinci mövsümündə bu işə görə 12 milyon dollar alıb.
























© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin